
21:07
Fransanın “Anje” klubunun baş məşqçisi Stefan Mulen qeyri-adi hərəkəti ilə diqqət mərkəzinə düşüb.
Apasport.az saytının məlumatına görə, mütəxəssis Liqa1-in PSJ ilə oyunda rəqib futbolçu Neymardan formasını istəyib.
Bu, qarşılaşmanın gedişi zamanı yaşanıb. Həmin an parislilərin 6:1 hesabı ilə öndə olub.
Qeyd edək ki, oktyabrın 2-də keçirilən qarşılaşmada Neymar 6:1 hesablı qələbəyə 2 qolla töhfə verib.