12:51 04-10-2020
news_image
157
FUTBOL

Milliyə çağırıldı - Mirabdulla Abbasov

Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, Millətlər Liqası çərçivəsində 2 oyun keçirəcək yığmanın heyətinə daha bir futbolçu dəvət olunub.

“Neftçi” klubunun üzvü Mirabdulla Abbasov millinin hazırlıq prosesində iştirak edəcək.

Qeyd edək ki, yığmamız oktyabrın 10-da Podqoritsa şəhərində Monteneqro, oktyabrın 13-də isə Bakıda Kipr milli komandası ilə qarşılaşacaq.