
19:44
İngiltərənin “Everton” klubunun futbolçusu Moyze Kinin yeni komandası bəlli olub.
Apasport.az saytının məlumatına görə, hücumçu Fransa təmsilçisi PSJ-yə icarəyə verilib.
20 yaşlı forvardın keçidinin detalları və müddəti açıqlanmır. Bir müddət öncə “Yuventus”a qayıdışı da gündəmdə idi.
2011-ci ildən “Yuventus”un uşaq və yeniyetmə komandalarında oynamış Kin 2017-ci ildə əsas heyətdə debüt edib. O, 2019-cu ildə 27,5 milyon avroya “Everton”a keçib.
Qeyd edək ki, İtaliya millisində 5 oyuna 2 qol vuran hücumçunun liverpullularla müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.