14:16 04-10-2020
news_image
131
FUTBOL

“Qarabağ”ın rəqibi müdafiəçini icarəyə götürdü – “Tottenhem”dən

Avropa Liqasında “Qarabağ”ın rəqibi olan İspaniyanın “Vilyarreal” klubu heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, İngiltərənin “Tottenhem” klubunun futbolçusu Xuan Foyt La Liqa təmsilçisinə keçib.

Müdafiəçi icarə əsasında “Vilyarreal”da çıxış edəcək. Onun icarə müddəti bir mövsümü əhatə edir. Bundan öncə London klubu Foytla müqaviləni 2023-cü ilin yayına qədər uzadıb.

Qeyd edək ki, müdafiəçinin qiyməti 13,5 milyon avro ilə dəyərləndirilir.