14:57 04-10-2020
news_image
133
FUTBOL

“Sevilya” hücumçu alır – 12 milyona

İspaniyanın “Sevilya” klubu hücumçu Ussama İdrissinin keçidini razılaşdırıb.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi hücumçunun şərəfini qoruduğu Niderland təmsilçisi “Alkmaar”la anlaşıb.

Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir. Forvard üçün 12 milyon avro ödəniləcək. Bu məbləğ bonuslar hesabına daha 3 milyon arta bilər.

Qeyd edək ki, ötən mövsüm Avropa Liqasının qalibi olan “Sevilya” bu il Çempionlar Liqasının qrupunda mübarizə aparacaq.