22:37 04-10-2020
news_image
119
FUTBOL

Bu duruma düşməmişdi – “Mançester Yunayted”

İngiltərə Premyer Liqasının bu gün keçirilən oyununda “Tottenhem”lə qarşılaşan “Mançester Yunayted” matçın ilk 45 dəqiqəsində 4 qol buraxıb.
 
Apasport.az saytının məlumatına görə, fasiləyə 1:4 hesabı ilə geridə yollanan Mançester təmsilçisi son 30 ildə ilk dəfə bu duruma düşüb.
 
“Qırmızı şeytanlar” Premyer Liqada heç vaxt 1-ci hissədə 4 qol buraxmayıb. Mançesterlilərin çempionatda ilk yarıda bu qədər qol buraxmasına sonuncu dəfə 1990-cı ildə təsadüf olunub. Həmin vaxt may ayında “Nottinhem Forest” ilk 45 dəqiqəni 4:0 hesabı ilə öndə bitirib.
 
Matçda 1:6 hesabı ilə uduzan “Mançester Yunayted” Premyer Liqa tarixində evdə 2-ci, ümumilikdə 3-cü dəfə 6 top buraxıb. 1996-cı ildə səfərdə “Sauthempton”a 3:6 hesabı ilə uduzan “qırmızılar” 2011-ci ildə “Mançester Siti”yə 1:6 hesabı ilə yenilib.
 
Qeyd edək ki, İngiltərə çempionatı 1992-ci ildən Premyer Liqa adlanır.