23:13 04-10-2020
news_image
131
FUTBOL

“Napoli” “Yuventus”la oyuna gəlmədi - SƏBƏB

İtaliya A seriyasının “Yuventus” – “Napoli” matçı baş tutmayıb.
 
Apasport.az saytının məlumatına görə, buna qonaqların oyuna gəlməməyi səbəb olub.
 
Neapollular heyətində koronavirusa yoluxanlar olduğu üçün səfərə yollanmaqdan imtina edib. “Yuventus” isə stadiona yollanaraq start heyətini də açıqlayıb.
 
Neapol səhiyyə xidməti “Napoli”nin Turinə yollanmasına qadağa qoyub. Lakin A seriyası oyunu təxirə salmağa əsas görmədiyini elan edib.