00:00 05-10-2020
news_image
118
FUTBOL

Monteneqro millisində 4 yeni futbolçu – Azərbaycanla oyun üçün

Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan Monteneqronun heyətində dəyişiklik olub.
 
Apasport.az saytının məlumatına görə, baş məşqçi Faruk Hadzibeqiç Latviya ilə yoldaşlıq, Azərbaycan və Lüksemburqla rəsmi matçlar üçün heyətə 4 yeni futbolçu çağırıb.
 
Bunlar “Buduçnost”un qapıçısı Miloş Draqoyeviç, Rumıniya “Astra”sının sol cinah müdafiəçisi Risto Radunoviç, hücumçular “Voyvodina”dan Nikola Viynoviçlə “Podqoritsa”dan Saleta Kordiçdir.
 
Yeni oyunçular heyətdən çıxarılan “dördlüy”ü əvəz etməlidir. Matiya Şarkiç, Jarko Tomaşeviç və Vukan Saviçeviç zədə səbəbindən, Stefan Muqoşa şəxsi işləri ilə əlaqədar millidən kənar qalıb.
 
Latviya ilə oktyabrın 7-də keçiriləcək yoxlama oyununda Monteneqro çempionatında çıxış edən futbolçular da milliyə kömək edəcək. Bunlar Aleksandr Sofronats, Darko Bulatoviç, Marko Vukçeviç, Branislav Yankoviç, Miloş Rayçkoviç, Vasko Kaleziç, İqor İvanoviç və Damir Kojaşeviçdir.
 
Qeyd edək ki, Monteneqro – Azərbaycan oyunu oktyabrın 10-da keçiriləcək.