00:08 05-10-2020
news_image
125
FUTBOL

Yığmamızla oyundan öncə iddialı danışdı - Faruk Hadzibeqiç

“Yeddi gün ərzində üç matç keçirəcəyik. Bu, komanda üçün böyük yüklənmədir”.
 
Apasport.az saytının məlumatına görə, bunu Monteneqro millisinin baş məşqçisi Faruk Hadzibeqiç deyib.
 
Oktyabrın 7-də Latviya ilə yoldaşlıq oyunu keçirəcək balkanlılar ardınca Millətlər Liqasında iki matça çıxacaq. Ayın 10-da Azərbaycan, 13-də Lüksemburqla baş tutacaq görüşlərin hazırlığına oktyabrın 4-də start verən Monteneqro yığmasının çalışdırıcı ilk məşqdən sonra fikirlərini açıqlayıb: “Əksər oyunçularımız ölkə xaricində çıxış edir. Onlardan bəziləri zədələnib. Adam Maruşişlə bağlı problem də yarandı. Amma yaxın günlərdə bunu həll edəcəyik. Yerli çempionatda oynayan futbolçulara gəlincə, həmişə burada çalışan məşqçilərin əməyinə yüksək qiymət vermişəm. Latviya ilə görüşə də bu komandalardan oyunçular çağıracağıq. Bu qarşılaşmadan sonra kimin bizimlə qalacağına qərar verəcəyik. Çünki Millətlər Liqası üçün heyəti qısaltmalıyıq. Yerli çempionatda səviyyə var və biz bunu daha da qaldırmalıyıq. Bu oyunçular milliyə dəvətə layiq idilər. İndi bunu bir daha oyunda sübut etməlidirlər”.
 
Mütəxəssis Millətlər Liqası matçlarına da toxunub: “Bizim turnirdə iki matçımız var. Bu görüşlərdə bizə xallar vacibdir. Amma Latviya ilə qarşılaşmadan da bəzi nəticələr çıxaracağıq. Bu, bizə Millətlər Liqası matçlarında bir çox səbəblərdən lazım olacaq. Mən yoxlama oyununu digər iki qarşılaşmadan ayırmaq istəmirəm. Çünki əsl milli komanda formalaşdırıram. Oyunçular da gerb olan formanı sevdiklərini və qiymətləndirdiklərini göstərməlidir”