00:26 05-10-2020
news_image
260
FUTBOL

“Kim fikirləşə bilərdi ki, Kloppu Sulşerdən tez işdən azad edəcəklər?” - Liniker

“Elə bil ki, 10 yaşadək məktəblilər müdafiə olunur”.
 
Apasport.az saytının məlumatına görə, bu fikir İngiltərə futbolunun əfsanəsi Harri Linikerə məxsusdur.
 
Daim qeyri-adi fikirləri ilə gündəmə gələn futbol veteranı “Liverpul”un “Aston Villa”ya 2:7 hesabı ilə uduzduğu oyunun gedişində sosial şəbəkədə paylaşım edib. O, son çempionun aciz durumuna rişxənd edib: “Ümumiyyətlə müdafiəyə qayıtmamaq dəlilikdir. Olli Uotkinsdən əla het-trik oldu. Kim fikirləşərdi ki, Yurgen Kloppu Ole-Qunnar Sulşerdən tez işdən azad edəcəklər?”.
 
Qeyd edək ki, bir neçə saat əvvəl “Mançester Yunayted” öz meydanında “Tottenhem”ə 1:6 heabı ilə uduzub.