10:00 05-10-2020
news_image
119
FUTBOL

Azərbaycanla oyuna gəlməyəcək – kiprli müdafiəçi

Yoldaşlıq görüşündə Çexiya, Millətlər Liqasının qrup mərhələsində isə Lüksemburq və Azərbaycanla qarşılaşacaq Kipr yığmasının heyətində dəyişiklik baş verib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Nikiolas Yoannu komandasına qarşıdakı matçlarda kömək edə bilməyəcək.

Ötən ayın sonlarında İngiltərə klubu “Nottingem Forest”ə transfer olunan sol cinah müdafiəçisi yığmaya dəvət almasına baxmayaraq, komandasına qoşulmayacaq. Bu səbəbdən baş məşqçi Yohan Valem onun yerinə başqa oyunçu dəvət etməli olacaq.

Qeyd edək ki, Kipr yığması oktyabrın 7-də Çexiyanı qəbul edəcəksə, ayın 10-da Lüksemburqun, üç gün sonra isə Bakıda Azərbaycan millisinin qonağı olacaq.