10:26 05-10-2020
news_image
71
FUTBOL

100-ü arxada qoydu - “Neftçi”nin futbolçusu

Namiq Ələsgərov “Neftçi”nin heyətində 100-cü oyununu keçirib. 

Apasport.az saytının məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının V turuna təsadüf edib. 

“Zirə” ilə səfər matçına (0:1) qədər 99 oyunda 16 qol vuran yarımmüdafiəçi ağ-qara formada 100-cü dəfə meydana çıxıb.

Paytaxt klubunda debütü 2017/18 mövsümündə gerçəkləşən Ələsgərov ölkə çempionatında 84 qarşılaşmada şans qazanıb. O, bu görüşlərdə 13 qol vurub. Ölkə kubokunda 9 oyunda 2 dəfə fərqlənən yarımmüdafiəçi Avropa Liqasında 7 matça çıxıb və 1 dəfə rəqib qapısına yol tapıb.