10:32 05-10-2020
news_image
138
FUTBOL

“Legiya” “Qarabağ”la ayaqlaşa bilmirdi” – “Legiya”nın sabiq kapitanı

“Legiya”nın Avropa Liqasının qrup mərhələsinə yüksəlməməsindən məyusam. Amma “Qarabağ”la matçın gedişatına baxanda təəssüf ki, bu görüşdə deməyə sözümüz yox idi”.

Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Legiya” klubunun sabiq kapitanı İvitsa Vrdolyak komandanın Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a 0:3 hesabı ilə məğlub olduğu matçı dəyərləndirərkən deyib.

2010-2016-cı illərdə Varşava təmsilçisinin formasını geyinmiş keçmiş yarımmüdafiəçi Azərbaycan çempionunun daha böyükhesablı qələbəyə layiq çıxış etdiyini söyləyib: “Qarabağ” 6:0 hesabı ilə qalib gələ bilərdi. Halbuki iki komanda arasında elə böyük fərq yoxdur. “Legiya” cəmi bir qol vəziyyəti yaratdı, Joel Valensiya yaxın məsafədən yararlana bilmədi. Komandamız özünü zəif göstərdi, “Qarabağ”ın futbolçuları isə çox cəld oynayırdılar, “Legiya”lılar onlarla ayaqlaşa bilmirdi. Azərbaycanlılar 1-2 toxunuşlu ötürmələrlə oynadı və üstünlüyündən istifadə etdi. Futbol komanda oyunudur və “Qarabağ” kollektiv olaraq hər cəhətdən daha yaxşı olduğunu göstərdi. “Qarabağ” mübarizə aparmaqla yanaşı, yaxşı futbol oynamağın vacibliyini də ortaya qoydu”.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinə yüksələn “Qarabağ” burada “Vilyarreal” (İspaniya), “Makkabi” (Təl-Əviv, İsrail) və “Sivasspor”la (Türkiyə) mübarizə aparacaq.