11:06 05-10-2020
news_image
128
FUTBOL

“Azərbaycan yığmasına qaytarılacaq borcumuz var” – slovakiyalı hücumçu

“Şadam ki, zədədən sonra yenidən yığmaya çağırıldım. İki aydan artıq idi meydanlardan kənar qalmışdım”.

Apasport.az saytının məlumatına görə, bunu Slovakiyanın U-21 yığmasının futbolçusu Ladislav Almasi deyib.

“Rujomberok”un hücumçusu Avropa çempionatının seçmə mərhələsinin Azərbaycanla oktyabrın 8-də keçiriləcək matçı barədə fikirlərini bildirib. O, Bakıda aldıqları 1:2 hesablı məğlubiyyətin revanşını almaq iddialarını göstərib: “Vurduğum qollarla milliyə dəvəti haqq etdim. Uğurlu oyun keçirəcəyimizə inanıram. Azərbaycanla Bakıda keçirilən qarşılaşma U-21-də ilk oyunum idi. Həmin görüşdə də qol vurdum. Amma hakim bu topu qeydə almadı. Çox üzgün idim. Bizə vurulan qollar da oyundankənar vəziyyətdə idi. Azərbaycan yığmasına qaytarılacaq borcumuz var”.

Qeyd edək ki, Slovakiya – Azərbaycan matçı Nitra şəhərində keçiriləcək.