11:28 05-10-2020
news_image
113
FUTBOL

Bir ildə 59 futbolçuya güvənən klub – Azərbaycanın olmadığı siyahı

Son bir ildə daha çox futbolçunun xidmətindən yararlanan klubların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, CİES futbol observatoriyası 2019-cu ilin oktyabrından indiyədək ən azı 27 çempionat oyununa çıxan komandalarla bağlı araşdırma aparıb.

Azərbaycan klubları hesabat dövründə zəruri sayda matça çıxmadığından siyahıya daxil edilməyib. 1014 klubun yer aldığı cədvələ Braziliya təmsilçisi “Avai” başçılıq edir.

Hesabat dövründə 33 qarşılaşmaya çıxan komandanın heyətində 59 futbolçu meydana çıxıb. “Sanqiu Sanqmu” (Cənubi Koreya), “Kremen” və KSA (Braziliya) 57 oyunçuya şans verib.

Ən oturuşmuş heyət “Halmstad” (İsveç) və “Vellinqton Feniks”dədir (Yeni Zelandiya). Hər iki komanda il ərzində cəmi 22 futbolçuya güvənib.