11:38 05-10-2020
news_image
187
FUTBOL

“Real”ın yetirməsini transfer etdi – “Qarabağ”ın rəqibi

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan İsrailin “Makkabi” klubu heyətinə yeni futbolçu cəlb edib.

Apasport.az saytının məlumatına görə, Təl-Əviv təmsilçisi ispaniyalı müdafiəçi Luis Ernandeslə anlaşıb.

Koronavirus pandemiyası səbəbindən uçuşlarla bağlı məhdudiyyət olsa da, 31 yaşlı mərkəz müdafiəçisi Daxili İşlər Nazirliyinin xüsusi icazəsi ilə bu gün İsrailə yollanıb. “Malaqa” ilə müqavilə müddəti başa çatan Ernandes “Makkabi”yə azad agent statusu ilə keçib. “Real”ın yetirməsi olan, həmçinin karyerası ərzində İngiltərədə “Lester” klubunun heyətində çıxış edən ispaniyalı təl-əvivlilərlə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Makkabi” Avropa Liqasının İ qrupunda “Qarabağ”, “Vilyarreal” (İspaniya) və “Sivasspor”la (Türkiyə) mübarizə aparacaq. Azərbaycan çempionunun İsrail təmsilçisi ilə oyunları oktyabrın 22-də Təl-Əvivdə, dekabrın 3-də isə Bakıda keçiriləcək.