12:15 05-10-2020
news_image
91
FUTBOL

Azərbaycan millisinin oyununu idarə edəcək – norveçli hakimlər

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Slovakiya ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Nitrada baş tutacaq görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Kristoffer Hagenes olacaq. Ona Anders Olav Dale və İsaak Elias Skyeset Başevkin kömək edəcək. Dördüncü hakim funksiyasını Rohit Saqqi yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 8-də keçiriləcək Slovakiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.