12:30 05-10-2020
news_image
183
FUTBOL

Koronavirus aşkarlandı – “Qarabağ”ın rəqibində

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Təl-Əviv “Makkabi”si koronavirus testindən keçib.

Apasport.az saytının məlumatına görə, İsrail təmsilçisinin əsas komandasında çıxış edən bütün futbolçuların testinin nəticəsi neqativ çıxıb.

Ötən həftənin şənbə günü həmçinin klubun bütün işçiləri koronavirus testindən keçirilib və bir nəfərin nəticəsi pozitiv olub. Əsas komanda ilə təması olmayan həmin şəxs karantinə alınıb.

İki həftəlik təcrid müddəti başa çatan və son testi neqativ çıxan futbolçular isə hissə-hissə komanda ilə məşqlərə qoşulacaq. Bunlar qapıçı Daniel Perets, müdafiəçi Enrix Saborit, yarımmüdafiəçilər Dan Qlazer, Avi Rikan, Dor Perets və hücumçular Nik Blekmenlə Yonatan Kohendir.

Qeyd edək ki, “Makkabi” ilə “Qarabağ” arasında oyunlar oktyabrın 22-də Təl-Əvivdə, dekabrın 3-də isə Bakıda keçiriləcək. İ qrupunda həmçinin “Vilyarreal” (İspaniya) və “Sivasspor” (Türkiyə) da yer alır.