13:45 05-10-2020
news_image
101
FUTBOL

Portuqaliya millisinin futbolçusu PSJ-də

Fransanın PSJ klubu növbəti transferini rəsmiləşdirib.

Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi Portuqaliyanın “Porto” klubunun yarımmüdafiəçisi Danilu Pereyranı heyətinə qatıb.

Portuqaliya millisinin futbolçusu sonradan almaq şərtilə bir mövsümlük icarəyə götürülüb. Portuqaliyalı dayaq yarımmüdafiəçisi “Eştoril”in yetirməsidir.

Qeyd edək ki, 2015-ci ildə “Maritimu”dan 4,5 milyon avroya transfer olunan Danilu “Porto”da 202 oyunda 19 qol vurub.