14:00 05-10-2020
news_image
101
FUTBOL

“Qarabağ”ın rəqibindən növbəti transfer – bu dəfə bombardir

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Təl-Əviv “Makkabi”si transfer çalışmalarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, İsrail klubu daha bir əcnəbi oyunçunu heyətinə qatıb.

Klub rəhbərliyi ispaniyalı müdafiəçi Luis Ernandesin gəlişindən sonra hücum xəttini də gücləndirib. Bu dəfə Serbiya millisinin sabiq forvardı Aleksandar Peşiç transfer olunub. Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə anlaşması bitən 28 yaşlı forvard yeni komandası ilə 1+1 illik müqavilə bağlayıb. Peşiçin illik məvacibi 400 min avro olacaq.

Qeyd edək ki, Aleksandar Peşiç “Srvena Zvezda”nın heyətində 25 qolla bombardir olduğu 2017/18 mövsümündən sonra 4,2 milyon avro qarşılığında “Əl-İttihad”a keçib.