14:22 05-10-2020
news_image
79
FUTBOL

Azərbaycanla oyun üçün yeni futbolçu – Kipr millisində

Yoldaşlıq görüşündə Çexiya, Millətlər Liqasının qrup mərhələsində isə Lüksemburq və Azərbaycanla qarşılaşacaq Kipr yığmasının heyətinə yeni futbolçu cəlb olunub.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Nikiolas Yoannunun əvəzinə dəvət edilən oyunçunun adı açıqlanıb.

İngiltərənin “Nottingem Forest” klubunun müdafiəçisini heyətdən çıxaran baş məşqçi Yohan Valem boşluğu Tomas Yoannu ilə doldurmaq qərarına gəlib. AEK klubunun üzvü ilk dəfə əsas millinin formasını geyinmək imkanı əldə edib.

Qeyd edək ki, Kipr yığması oktyabrın 7-də Çexiyanı qəbul edəcəksə, ayın 10-da Lüksemburqun, üç gün sonra isə Bakıda Azərbaycan millisinin qonağı olacaq.