15:03 05-10-2020
news_image
139
FUTBOL

“Zirə”nin ən çox məğlub etdiyi komanda – “Neftçi”

“Zirə” “Neftçi” ilə Azərbaycan çempionatında keçirdiyi oyunlarda yubiley – 10-cu qələbəsini qazanıb. 

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu, mövsümün V turuna təsadüf edib.

Qəsəbə təmsilçisi ev qarşılaşmasında 1:0 hesabı ilə qalib gəlib. 19 dəfə qarşılaşdığı rəqibi 10 dəfə yenən “qartallar” bununla da özünün rekordunu təkrarlayıb. “Zirə” heç bir rəqibə bundan çox qalib gəlməyib. Yalnız bir komanda – “Sumqayıt”ı da eyni sayda məğlubiyyətə uğradıb.

Lakin “Zirə” “Sumqayıt”la müqayisədə “Neftçi” ilə görüşlərdə daha çox xal qazanıb. 5 dəfə heç-heçə edib və yalnız 4 dəfə uduzduğu paytaxt klubu ilə qarşılaşmalarda “qartallar” 35 xal əldə edib. Bu da yeni rekorddur. “Sumqayıt”la matçlarda “Zirə” 34 xal qazanıb.