15:06 05-10-2020
news_image
90
FUTBOL

Yığmaya debütant çağırıldı – millimizə qarşı

Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan Monteneqronun heyətində daha bir dəyişiklik baş verib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Faruk Hadzibeqiç qarşıdakı üç oyun üçün daha bir futbolçunu yığmaya çağırıb.

Vladan Adjiç komandanın hazırlıqlarına cəlb olunub. “Buduçnost”un mərkəz müdafiəçisi millinin debütantıdır.

Oktyabrın 7-də Latviya ilə yoxlama görüşü keçirəcək Monteneqro Millətlər Liqasında da iki matça çıxacaq. Balkanlılar ayın 10-da Azərbaycan, üç gün sonra Lüksemburqla qarşılaşacaq.