15:10 05-10-2020
news_image
157
FUTBOL

"Zirə" yeni futbolçu aldı - "Qəbələ"dən

Transfer dönəminin fəal komandalarından olan “Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Qəbələ”nin müdafiəçisi Qismət Alıyev transfer olunub.

24 yaşlı oyunçu paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. Qismət bu transfer pəncərəsində “Qəbələ”ni “Zirə”yə dəyişən ikinci futbolçu olub. Rəşad Sadıqovun komandası ona qədər “qırmızı-qaralar”dan mozambikli vinger Klesio Baukla anlaşıb.

Qeyd edək ki, “Zirə” bu yay Baukla yanaşı, Ruslan Qurbanov, Rəşad Əzizli, Tural Bayramlı, Kərim Diniyev, Rəşad Eyubov, Sərtan Taşkın, Şəhriyar Rəhimov, Lazar Corceviç, Hacıağa Hacılı, Kayo Rangel, Mateus Albino, Dimitrios Çantakias və Ayxan Süleymanlını transfer edib.