16:51 05-10-2020
news_image
166
FUTBOL

Üç futbolçu heyətdən kənarlaşdırılır - millidə qalmaqal

İngiltərə millisində xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, hücumçu Temmi Abraham karantin qaydalarını pozaraq özünə ad günü keçirib.

Böyük Britaniyada 6 nəfərdən artıq şəxsin bir araya toplaşması qadağan olunsa da, ad gününə 20-yə yaxın qonaq qatılıb. Qonaqlıqda daha iki yığma üzvü də iştirak edib. Bunlar Ceydon Sanço və Ben Çiluelldir.

Millinin baş məşqçisi Qaret Sautqeyt baş verənlərdən qəzəblənib. Hər üç futbolçunun heyətdən kənarlaşdırılacağı gözlənilir.

Qeyd edək ki, İngiltərə millisi oktyabrda Uels, Belçika və Danimarka ilə görüşəcək.