17:08 05-10-2020
news_image
106
FUTBOL

“El Klasiko”nu buraxa bilər – “Barselona”nın müdafiəçisi

İspaniyanın “Barselona” klubu müdafiəçisi Xordi Albanı itirib.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi V turda “Sevilya” ilə (1:1) qarşılaşmada sıradan çıxıb.

Matçın 75-ci dəqiqəsində zədələnərək yeni transfer Serjinyo Destlə əvəzlənən 31 yaşlı oyunçunun bərpa vaxtı qeyri-müəyyəndir. Albanın oktyabrın 18-də “Xetafe” ilə növbəti tur matçında iştirakı gözlənilmir. Sol cinah oyunçusu hətta ayın 25-də “El Klasiko”da “Real”la ev qarşılaşmasını da buraxa bilər.

Qeyd edək ki, “Barselona” keçirdiyi ilk üç oyunda 7 xal toplayıb.