17:24 05-10-2020
news_image
197
FUTBOL

Ermənistanın oyununu ləğv etdi - UEFA

Ermənistanla Albaniya yığmaları arasında keçirilməsi planlaşdırılan yoldaşlıq görüşü baş tutmayacaq.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Futbol Federasiyasının mətbuat xidməti yayıb.

Bildirilib ki, oktyabrın 7-dəki qarşılaşma ləğv edilib. Bu barədə qərarı UEFA bölgədəki vəziyyəti nəzərə alaraq qəbul edib.

Millətlər Liqası çərçivəsində keçiriləcək Ermənistan – Gürcüstan matçının (11 oktyabr) məkanı ilə bağlı yekun qərar isə hələ verilməyib.