22:44 05-10-2020
news_image
59
FUTBOL

“Roma”ya keçdi - “Mançester Yunayted”in futbolçusu

İngiltərənin “Mançester Yunayted” klubu müdafiəçisi Kris Smollinqlə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu İtaliya təmsilçisi “Roma”ya keçib.

Paytaxt klubu ötən mövsüm icarə əsasında formasını geyinən İngiltərə millisinin üzvünü bu dəfə birdəfəlik transfer edib. Keçid “canavarlar”a 15 milyon avroya başa gəlib. Premyer Liqa təmsilçisi daha 5 milyon avro bonus əldə edə bilər.

Qeyd edək ki, Kris Smollinq keçən mövsüm A seriyasında 30 oyun keçirib, 3 qola imza atıb.