00:21 06-10-2020
news_image
117
FUTBOL

“Atletiko”nu “Arsenal”a dəyişdi – Parti

İngiltərənin “Arsenal” klubu İspaniya təmsilçisi “Atletiko”nun yarımmüdafiəçisi Tomas Partini, nəhayət ki, heyətinə cəlb edə bilib.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı orta sahə oyunçusunun keçidində klublar son anda razılığa gəliblər.

Qana millisinin üzvü hazırda Londonda “topçular”ın bazasındadır və tibbi müayinədən keçir. Anlaşmaya əsasən, bu transfer La Liqa təmsilçisinə 50 milyon avro qazandıracaq.

Qeyd edək ki, Tomas Parti ötən mövsüm La Liqada 35 oyun keçirib, 3 qol vurub. Futbolçu cari mövsümdə də 3 matçda iştirak edib.