09:16 06-10-2020
news_image
95
FUTBOL

2 illik müqavilə - sabiq AFFA-lıdan

AFFA-nın sabiq texniki direktoru Bernhard Lippertin yeni iş yeri rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Qana Futbol Assosiasiyası ilə müqavilə bağlayıb.

İyulda AFFA ilə sözləşmə müddəti başa çatan Lippert qarşıdakı iki ildə Afrika təmsilçisində də texniki direktor vəzifəsini icra edəcək. 58 yaşlı mütəxəssis bu postda martda ayrılan Fransis Oti Akentenqi əvəz edib.

Qana Futbol Assosiasiyasının 100-dən çox məşqçi arasından seçdiyi Lippert orada məşqçilərin yetişməsinə, texniki inkişafa nəzarət edəcək. Bundan başqa, oyunlara təyinat alan nümayəndələrə, klub rəsmilərinə, inzibatçılara seminarlar keçirəcək.

Qeyd edək ki, 2008-ci ildən ölkəmizdə fəaliyyət göstərən Bernhard Lippert U-19 və U-21 yığmalarımıza da rəhbərlik edib.