09:22 06-10-2020
news_image
93
FUTBOL

“Deportivo”nun futbolçusunu aldı – “Qarabağ”ın rəqibi

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Türkiyənin “Sivasspor” klubu heyətini gücləndirib.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi azad agent statusu daşıyan Əmrə Çolakla anlaşıb.

Sonuncu dəfə İspaniyada “Deportivo”nun formasını geyinən 29 yaşlı yarımmüdafiəçi artıq Sivasdadır. “Qalatasaray”ın da maraq dairəsində olan pleymeyker “Sivasspor”la müqavilə bağlayıb. Klub gün ərzində yeni transferini təqdim edəcək.

Qeyd edək ki, Avropa Liqasının İ qrupunda “Sivasspor”un rəqibləri “Qarabağ”la yanaşı, “Vilyarreal” (İspaniya) və “Makkabi” (Təl-Əviv, İsrail) olacaq. Azərbaycanla Türkiyə təmsilçiləri III (5 noyabr) və IV turda (26 noyabr) üz-üzə gələcək.