09:24 06-10-2020
news_image
67
FUTBOL

“Harada olduğumu dərk edə bilmirəm” – rəqibin debütantı

“Düzünü deyim ki, hələ də harada olduğumu dərk edə bilmirəm”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro millisinin futbolçusu Saleta Kordiç deyib.

İlk dəfə yığmaya çağırılan 27 yaşlı hücumçu Latviya, Azərbaycan və Lüksemburqla qarşılaşmaların hazırlıqlarında iştirak edir.
“Milliyə dəvət mənim üçün irəli addım və böyük təcrübədir. Çox məmnunam. Şadam ki, klubdakı oyunlar məni bura gətirib. Bütün bacarığımı ortaya qoymağa hazıram. Özümü yaxşı tərəfdən göstərməyə və yığmanın yaxşı nəticələr qazanmasına kömək etməyə hazıram”.

Qeyd edək ki, Monteneqro yığması oktyabrın 7-də Latviya, 10-da Azərbaycan, 13-də Lüksemburqla görüşəcək.