09:34 06-10-2020
news_image
63
FUTBOL

Azərbaycanla oyun üçün testdən keçdi – Kipr millisi

Millətlər Liqasında Azərbaycan yığmasının rəqiblərindən olan Kipr millisi koronavirus testindən keçib.

Apasport.az saytının məlumatına görə, dünən bir araya gələn komanda testin ardından məşqlərə başlayıb.

Yoldaşlıq görüşündə Çexiya, Millətlər Liqasında isə Lüksemburq və Azərbaycanla qarşılaşacaq Yohan Valemin kollektivində koronavirusa yoluxma halı aşkarlanmayıb, bütün komandanın nəticəsi neqativ çıxıb.

Qeyd edək ki, Kipr yığması oktyabrın 7-də Çexiyanı qəbul edəcək, ayın 10-da Lüksemburqun, üç gün sonra isə Azərbaycan millisinin qonağı olacaq.