
Avropanın əksər ölkələrində “transfer pəncərəsi” bağlanıb.
Apasport.az saytının məlumatına görə, son gündə saysız-hesabsız transferlər reallaşıb.
Onların bəzilərini təqdim edirik.
* PSJ-dən ayrılan Edinson Kavani “Mançester Yunayted”lə 2+1 illik müqavilə imzalayıb. Həmçinin “Porto”nun sol cinah müdafiəçisi Aleks Telleş də “mankunianlar”la 3+1 illik saziş bağlayıb.
* “Fənərbaxça” “Roma”nın vingeri Dieqo Perottini heyətinə cəlb edib. Argentinalı 1 il uzatmaq şərti ilə 2 illik müqavilə imzalayıb.
* “Atletiko”nun hücumçusu Nikola Kaliniç “Verona”ya keçib.
* Yunanıstan millisinin yarımmüdafiəçisi Dimitrios Pelkas PAOK-dan “Fənərbaxça”ya transfer olunub. 27 yaşlı futbolçu ilə 3+1 illik saziş imzalanıb.
* “Leypsiq” “Roma”nın niderlandlı hücumçusu Castin Klyuverti mövsümün sonuna qədər icarəyə götürüb.
* “Bavariya” PSJ-dən hücumçu Erik Maksim Çupo-Motinqi transfer edib.
* “Norviç”in müdafiəçisi Ben Qudfrey “Everton”la 5 illik müqavilə bağlayıb. Liverpul klubu bunun üçün 27,5 milyon avro ödəyib.
* “Sevilya” “Alkmaar”dan transfer etdiyi Ussama İdrissi ilə 5 illik müqavilə bağlayıb.
* “Qalatasaray”ın sabiq futbolçusu Bruma PSV-dən “Olimpiakos”a icarə əsasında keçib.
* “Herta” “Arsenal”ın fransalı yarımmüdafiəçisi Matteo Qenduzini mövsümün sonuna qədər icarəyə götürüb.
* “Parma”nın 30 yaşlı müdafiəçisi Matteo Darmian “İnter”ə icarəyə verilib.
* “Beşiktaş” “Lester”dən əlcəzairli hücumçu Riçad Qezzalı icarəyə götürüb.