10:47 06-10-2020
news_image
174
FUTBOL

Əli Qurbaninin durumuna aydınlıq gəldi – debüt edə biləcəkmi?

Azərbaycan millisinə ilk dəfə çağırılan “Sumqayıt”ın hücumçusu Əli Qurbaninin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı futbolçu Millətlər Liqasında Monteneqro və Kiprlə oyunu buraxa bilər.

Həkim müayinəsindən sonra əzələsində birinci dərəcəli dartılma aşkarlanan Premyer Liqanın bombardiri bir neçə gün fərdi məşqlərlə kifayətlənməli olacaq. Hazırda yığmanın düşərgəsində olan milliləşdirilmiş oyunçunun oktyabrın 10-da Monteneqro ilə səfər görüşünü buraxmaq ehtimalı yüksək qiymətləndirilir. Hətta bundan 3 gün sonra Kiprlə keçiriləcək görüşdə də iştirakı sual altında olan Qurbani ilə bağlı qərar millinin həkiminin aparacağı müayinədən sonra veriləcək.

Qeyd edək ki, Premyer Liqada 5 qolla bombardirlər yarışına başçılıq edən Əli Qurbani V turda “Qəbələ” ilə oyunun (1:1) 26-cı dəqiqəsində fərqlənmiş, 12 dəqiqə sonra isə zədə səbəbindən əvəzlənmişdi.