11:14 06-10-2020
news_image
88
FUTBOL

“Mançester Yunayted” Poçettino ilə əlaqə saxladı – Sulşerin yerinə gətirmək üçün

İngiltərənin “Mançester Yunayted” klubu yeni baş məşqçi axtarışına başlayıb.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Tottenhem”ə 1:6 hesablı məğlubiyyətdən sonra səbri tükənən klub rəhbərliyi Ole-Qunnar Sulşeri göndərməyə hazırlaşır.

Mançesterlilər bu üzdən də argentinalı mütəxəssis Maurisio Poçettinonu baş məşqçi postuna gətirməyi planlaşdırır. “Mançester Yunayted” rəsmiləri artıq “Tottenhem”in sabiq çalışdırıcısının agenti ilə əlaqə də saxlayıb. Danışıq zamanı Poçettinonun da bu təklifdə maraqlı olduğunu təsdiqlənib.

Lakin klub rəhbərliyində Sulşerin saxlanılmasının tərəfdarları da var. İcraçı direktoru Ed Vudford norveçlinin postunda qalmasını istəyir.