12:13 06-10-2020
news_image
108
FUTBOL

5 futbolçu millidən kənarda qaldı – koronavirusa görə

Albaniya yığmasının bir neçə futbolçusu Millətlər Liqasında Qazaxıstan və Litva ilə oyunlarda iştirak edə bilməyəcək.

Apasport.az saytının məlumatına görə, buna səbəb həmin oyunçuların çıxış etdikləri ölkələrdə koronavirus pandemiyası ilə bağlı uçuş məhdudiyyətlərinin qoyulmasıdır.

Konkret olaraq Etrit Berişa (“Spal”, İtaliya), İlber Ramadani (“Vayle”, Danimarka), Florian Kamberi (“Sankt-Qallen”, İsveçrə), Lindon Selyahi (“Tvente”, Niderland) və Klaus Qyasulun (“Hamburq”, Almaniya) millinin düşərgəsinə qoşulması mümkün olmayıb.

Qeyd edək ki, Albaniya yığması oktyabrın 11-də Qazaxıstanın, 14-də isə Litvanın qonağı olacaq.