13:04 06-10-2020
news_image
79
FUTBOL

Koronavirusa yoluxdu - A seriyasının prezidenti

İtaliya A seriyasının prezidenti Paolo Dal Pino koronavirus pandemiyasına yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Dal Pino evdə təcrid olunub və həkim müayinəsinə başlanılıb. Maraqlıdır ki, A seriyasının rəhbəri oktyabrın 5-də ölkənin idman naziri Vinçentso Spadaforo ilə görüşüb.

Qeyd edək ki, bir müddət əvvəl “Napoli” klubunun prezidenti Aurelio De Laurentis koronavirusa yoluxmuşdu.