13:17 06-10-2020
news_image
443
FUTBOL

İcarəyə verildi – “Qarabağ”ın istədiyi futbolçu

Birləşmiş Ərəb Əmirliklərinin “Xaur Fakkan” klubunun braziliyalı futbolçusu Bruno Lamas “Qarabağ”ın transfer gündəminə düşüb. 

Apasport.az xəbər verir ki, bu barədə məlumatı 26 yaşlı yarımmüdafiəçi özü ölkəsinin mətbuatına açıqlamasında verib.

Lamas bildirib ki, “Qarabağ”la yanaşı, Braziliyanın “Fluminense”, “Vasko da Qama”, həmçinin digər ölkələrin bir neçə təmsilçiləri onunla maraqlanıb. Lakin hazırda müqavilə ilə Portuqaliya klubu “Santa-Klara”ya məxsus olan pleymeykeri “Xaur Fakkan” yenidən icarəyə götürüb. Bu ilin yanvarında “Xaur Fakkan”ın icarə əsasında 6 aylıq heyətinə qatdığı futbolçu yenidən 1 il müddətinə eyni şərtlərlə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisində oynayacaq.

Hazırkı komandasında xoşbəxt olduğunu və ölkəyə tam uyğunlaşdığını söyləyən oyunçu gələcəkdə Avropaya qayıtmaq arzusunda olduğunu gizlətməyib.

Qeyd edək ki, Bruno Lamasın “Santa-Klara” ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.