14:07 06-10-2020
news_image
174
FUTBOL

Ermənistandan qaçdılar - “Lori”nin futbolçuları

Ermənistanın “Lori” klubunun panamalı futbolçuları Manuel Varqas və Karlos Qutyerresin ölkəsinə qayıtmaq istəyi baş tutub.

Apasport.az xəbər verir ki, adıçəkilən oyunçular artıq Ermənistandan qaçıblar.

Dağlıq Qarabağda baş verən hadisələr səbəbindən klubunu tərk edən Varqasla Qutyerres dünən gecə Panamanın Meksikadakı səfirinin köməkliyi sayəsində bu ölkəyə yollanıblar. Səfir Alfredo Oranqes onları hava limanında qarşılayıb. Panamalılar sabah doğma vətənlərinə yollanacaqlar.

Qeyd edək ki, həm Manuel Varqas, həm də Karlos Qutyerres “Lori”yə ötən ay keçmişdi.