14:29 06-10-2020
news_image
108
FUTBOL

Qrup mərhələsi üçün 34 futbolçu sifariş etdi – “Makkabi”

Avropa Liqasının İ qrupunda Azərbaycan çempionu “Qarabağ”la yanaşı, “Vilyarreal” (İspaniya) və “Sivasspor”la (Türkiyə) mübarizə aparacaq İsrailin “Makkabi” (Təl-Əviv) klubu iştirak ərizəsini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Giorqos Donis avrokubok matçları üçün A və B vərəqi üçün ümumilikdə 34 futbolçu sifariş edib.

Onlardan 4-ü qapıçı, 11-i müdafiəçi, 13-ü yarımmüdafiəçi, 6-sı isə hücumçudur. Heyətdə cəmi 6 əcnəbi oyunçu yer alır.

Qapıçılar: 1. Daniel Perets, 19. Daniel Tennenbaum (Braziliya), 41. Ben David Musayof, 50. Tomer Alon
Müdafiəçilər: 2. Ben Bitton, 3. Matan Baltaksa, 4. Enrix Saborit (İspaniya), 18. Eytan Tibi, 25. Amit Qlazer, 27. Ofir Davidzada, 30. Maor Kandil, 31. Şahar Piven, 43. Şaxar Rosen, 44. Luis Ernandes (İspaniya), 51. Miçel Simyon Mor
Yarımmüdafiəçilər: 6. Dan Qlazer, 21. Şeran Yeini, 22. Avi Rikan, 23. Eyal Qolasa, 24. Yonatan Kohen, 38. Ronen Hanzis, 39. Eduardo Gerrero (Panama), 42. Dor Perets, 45. Tal Torgeman, 47. Eden Karzev, 49. Niv Berkovits, 52. Rotem Yatzkar, 77. Ruslan Barski
Hücumçular: 9. Nik Blekmen (Barbados), 10. Etey Şexter, 11. Tal Ben Haim, 17. Dan Biton, 29. Eylon Almoq, 72. Aleksandar Peşiç (Serbiya).

Qeyd edək ki, “Makkabi” qrupda ilk oyununu oktyabrın 22-də Təl-Əvivdə “Qarabağ”a qarşı keçirəcək.