14:41 06-10-2020
news_image
79
FUTBOL

Aziz Yıldırım cəzalandı – 1 illik qadağa

Türkiyənin “Fənərbaxça” klubunun sabiq prezidenti Əziz Yıldırım cəzalanıb.

Apasport.az saytının məlumatına görə, buna qadın basketbolçulardan ibarət “Yakındoğu Universiteti” komandasının oyunu zamanı baş verənlər səbəb olub.

Yıldırım oyun zamanı “Yakındoğu Universiteti”nin prezidenti İşık Eyigüngörə hücum çəkib. Buna görə istintaqa cəlb olunan sabiq klub prezidenti 6 min Türkiyə lirəsi cərimə olunub. O, həm də 1 il müddətinə idman yarışlarını canlı izləmək qadağası ilə üzləşib. Eyni hadisədə günahlandırılan Eyigüngör isə bəraət alıb.