14:56 06-10-2020
news_image
136
FUTBOL

“Keşlə”yə məğlubiyyət verdi – AFFA

“Keşlə”nin I divizionda mübarizə aparan ikinci komandasına texniki məğlubiyyət verilib.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

I divizionda mövsümün I turunun “Keşlə-2” – “Kəpəz” oyununun 46-cı dəqiqəsində meydan sahiblərinin heyətində meydana protokolda adı qeyd olunmayan oyunçu daxil olub. Bu üzdən komitə hesabı (2:6) olduğu kimi saxlayaraq “Keşlə-2” klubuna texniki məğlubiyyət verib. Bakılılar həm də 400 manat cərimələnib.

“Sumqayıt-2” – “Qarabağ-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə ödəyəcək.

Üç matçda - “Zaqatala” – “Turan Tovuz”, “Sumqayıt-2” – “Qarabağ-2” və “Qaradağ Lökbatan” – MOİK görüşlərində eyni hal yaşanıb. Oyunlarda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klublar hərəyə 80 manat cərimələnib.

“Qaradağ Lökbatan” komandanın “A” buraxılış vəsiqələri olmadığı üçün əlavə 80 manat da ziyana düşüb.