15:19 06-10-2020
news_image
216
FUTBOL

“Başakşəhər”lə müqavilə bağladı – millimizin futbolçusu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Serhan Üresin klubu “Başakşəhər”lə yeni müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, 2002-ci il təvəllüdlü yarımmüdafiəçi Super Liqa təmsilçisi ilə peşəkar sözləşməyə qol çəkib.

Üresin sentyabrın 24-dən 30-dək Bakıda keçirilən təlim-məşq toplanışında ilk dəfə Azərbaycanın U-19 yığmasında iştirak edib.

Qeyd edək ki, “Başakşəhər” ötən mövsüm Türkiyə Super Liqasının çempionu olub.