16:55 06-10-2020
news_image
127
FUTBOL

Müqaviləyə xitam verdi – “Milan”

İtaliyanın “Milan” klubu “transfer pəncərəsi”nin son günündə futbolçusu Alen Haliloviçlə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə “rossonyerlər” rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xorvatiya millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Ötən mövsümün sonunda Niderland “Herenven”indən icarədən qayıdan 24 yaşlı orta sahə oyunçusu artıq azad agent statusu daşıyır.

Qeyd edək ki, “Milan”a 2018-ci ilin yayında Almaniya təmsilçisi “Hamburq”dan keçən Alen Haliloviç ötən iki ili əsasən icarə əsasında digər klublarda keçirib.