17:38 06-10-2020
news_image
128
FUTBOL

Azərbaycanla matçda qələbə istəyir - Yankoviç

“Oyundan iki-üç gün əvvəl toplanmışıq. Rəqibi təhlil etmək, hazırlaşmaq üçün çox vaxtımız yoxdur”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının hücumçusu Marko Yankoviç Latviya ilə sabah keçiriləcək yoldaşlıq görüşü ilə bağlı danışarkən deyib.

Latviya ilə qarşılaşmadan sonra Monteneqro Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan və Lüksemburq yığmalarını qəbul edəcək. Yankoviç hər üç görüşdə hədəflərinin qalibiyyət olduğunu söyləyib: “Heyətdə yeni futbolçular var. Onlar üçün millidə möhkəmlənmək baxımından bu, yaxşı imkandır. Qarşıdakı 3 matçda meydana ayaq basacaq hər kəs ən yaxşı oyununu göstərmək və qələbə qazanmaq istəyir”.

Qeyd edək ki, Monteneqro yığması Azərbaycanla oktyabrın 10-da, Lüksemburqla isə 13-də Podqoritsada üz-üzə gələcək.