22:11 06-10-2020
news_image
304
FUTBOL

Qərarın verilməsi təxirə salındı - “Yuventus” – “Napoli” oyunu ilə bağlı

İtaliya A seriyasının III turunun “Yuventus” – “Napoli” oyunu ilə bağlı qərarın verilməsi təxirə salınıb.
 
Apasport.az saytının məlumatına görə, A seriyasının İntizam Komitəsi turda baş verənlər barədə qərarları açıqlasa da, qonaqların koronavirus səbəbindən gəlmədiyi matçla bağlı araşdırma apardığını elan edib.
 
Görüşlə bağlı qərar qeyri-müəyyən müddətə qədər təxirə düşüb.
 
Qeyd edək ki, yerli səhiyyə xidməti “Napoli”yə səfərə çıxmağa qadağa qoysa da, A seriyası oyunu təxirə salmayıb. Bu üzdən qonaqlara 0:3 texniki məğlubiyyət verilməsi də istisna olunmur.