
18:20
Almaniyanın “Bavariya” klubunun futbolçusu Adrian Fayn karyerasını Niderlandda davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi yarımmüdafiəçisini PSV-yə icarəyə verib.
Müqavilə bir il müddətinə nəzərdə tutulub. Anlaşmada Faynın sonradan transfer olunmaq hüququ da PSV-yə verilib.