00:00 07-10-2020
news_image
161
FUTBOL

Linqarda yeni müştəri – ikinci eşelonda

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Cessi Linqardı heyətində görmək istəyən komandanın adı bəlli olub.
 
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi karyerasını ikinci eşelon liqalarından birinə davam etdirə bilər.
 
Portuqaliyanın “Porto” klubu Linqardın xidmətində maraqlıdır. Ölkəsinin çempionu olan komanda 27 yaşlı futbolçunu icarəyə götürmək niyyətindədir.
 
Qeyd edək ki, Portuqaliyada transfer dövrü başa çatmadığı üçün Cessinin keçidi bu payızda gerçəkləşə bilər.