23:18 06-10-2020
news_image
204
FUTBOL

Niderland klubunda oynayacaq - dünya çempionu

Almaniya millisi ilə dünya çempionu olan Mario Götzenin karyerasını davam etdirəcəyi klub müəyyənləşib.
 
Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sı ilə müqaviləsi bu yay başa çatan yarımmüdafiəçi Niderland çempionatında çıxış edəcək.
 
28 yaşlı futbolçu PSV ilə müqavilə imzalayıb. Anlaşma 2022-ci ilin yayına qədər nəzərdə tutulub. O, Eyndhoven təmsilçisinə azad agent kimi keçib.